PRESS NEWS AZERBAIJAN

Türkiyədə baş vermiş partlayış nəticəsində azərbaycanlı tələbə ölüb

17.11.2017

 

Türkiyədə azərbaycanlı tələbə partlayış zamanı ölüb. Bu barədə dünyasını dəyişən tələbənin qohumları məlumat verib.

Məlumata görə, Samux rayonunun Qarabağlılar kənd sakini, 1968-ci il təvəllüdlü İsrafil Etibar oğlu Allahverdiyev və onun həyat yoldaşı - 1972-ci il təvəllüdlü Aynurə Əşrəf qızı Allahverdiyeva Türkiyədə təhsil alan övladlarına baş çəkmək üçün ora gediblər. Onların qaldığı evdə qaz partlayıb.

Hər iki valideyn yanıq xəsarətləri alıb, onların övladı isə aldığı xəsarətlərdən Türkiyədə dünyasını dəyişib. Valideynlər Azərbaycana gətirilib. Ağır yanıq xəsarətləri alan İ.Allahverdiyevin vəziyyəti pisləşib.

Please reload

ƏN ÇOX OXUNANLAR