top of page

Almazla bağlı bilgilər


Almaz kubik kristal quruluşa malik materialdır. Dünyada ən bahalı və füsunkar zərgərlik əşyaları məhz almazdan hazırlanır. Almaz (almanca - Diamant (m), fransızca - Diamant (m), ingiliscə - Diamond) saf karbondan meydana gəlib bilinən ən sərt maddələrdən biridir. Karbon elementinin bir modifikasiyası da almazdır. Almazın saf karbon olduğu ilk olaraq fransız kimyaçı Lavoisier tərəfindən aşkar edilib. Lavoisier almazı yandırmış və yanma qazının yalnız karbondioksit olduğunu görüncə, almazın karbon olduğu qənaətinə gəlmişdir.

1. İlk dəfə 5 min il əvvəl almazdan baltaların, qılıncların parıltılı görünməsi üçün çinlilər istifadə ediblər. Onlar baltaları məhz almazdan alınan mineral qalıqlardan hazırlayaraq bu alətlərin möhkəm olmasını təmin edirdilər. İndi isə təxminən əldə edilən 80 faiz almazlar (100 milyon karatlıq), onların qarışığından hazırlanan daha qiymətli süni daşlar istisna olmaqla, bu sənayedə birinci sıradadır.

2. Almaz Yer kürəsində ən bərk material hesab edilir, lakin bu, doğru deyil. Baxmayaraq ki, uşaqlıqdan bu günə kimi məktəbdə, universitetdə hər kəs bizə almazın yer üzündə ən bərk material olduğunu deyirdi. Almaz öz-özlüyündə bərk materialdır. Ancaq insanlar 2005-ci ildə daha bərk material kəşf etdilər. Belə ki, Natalya Dubrovinskaya Heydelberq Universitetindən olan kolleqaları ilə birlikdə tərkibində 11 faiz almaz olan yeni material - "hiperalmaz"ı yaratdı.

3. Almazlar elə də nadir tapıntı hesab edilmir. Bu, bir qədər sərt səslənsə də, doğru iddia deyil. Təbiətdə almazlara elə də sıx rast gəlinmir. Almazların tapılması və çıxarılması prosesi olduqca ağırdır. Milyonlarla almaz çıxarılsa da, onların böyük əksəriyyəti heç bir zərgərlik nümunələrinin hazırlanmasına yararlı olmur. Məsələn, bir milyon almaz arasında yalnız 3 cür qüsursuz minimum karatlı almaz istifadəyə yararlı olur ki, bunlardan nişan üzüklərinin bəzədilməsində istifadə edilir. Tələbat çox olsa da, tam ödənmir. İri almazlar çox kiçik parçalara bölünərək, bir bütöv almazın dəyərində satışa çıxarılır.

4. Almazlar Yerdə çox olmasa da, kosmosda olduqca çoxdur. Kainatda almazlara çox tez-tez rast gəlinir desək, yalan olmaz. Yer kürəsində vəziyyət az-çox məlumdur. Bəs görəsən, kosmosda vəziyyət necədir? 2004-cü ildə amerikalı astronom Trevis Metkalf kosmosda çəkisi 10 milyard trilyon olan, trilyon karatda almazın olduğunu aşkar etmişdi. “Daily Mail” nəşri yazır ki, bu böyük almaz vaxtilə sönmüş ulduzun nüvəsi olub. Hazırda isə onun diametri 4 min kilometr təşkil edir. O, təxminən Yer kürəsindən 50 işıq ili uzaqlıqda yerləşir. Astronomlar bu nəhəng almazı Bitls qrupunun məşhur "Lucy in the Sky with Diamonds" mahnısının şərəfinə "Lyusi" adlandırıblar.

5. Artıq geniş yayılan süni almazları təbii almazlardan ayırmaq qeyri-mümkündür. Yaxın vaxtlara qədər, daha dəqiq desək, keçən əsrdə külli miqdarda yayılan süni almazları orijinallarından rahatlıqla ayırmaq olurdu. Lakin artıq bu, mümkünsüz hal alıb. Ən yaxşı zərgərlər belə artıq süni və təbii almazları ayırd etməkdə çətinlik çəkir. Son 10 il ərzində istehsala buraxılan almazlar üzərində sonsuz sayda ekspertlər araşdırmalar aparıblar. Heç bir ekspert vəziyyətin bu dərəcədə qəliz olduğuna inana bilməyib. Bu keyfiyyət fərqi isə kəmiyyətə əksinə, təsir edir. Süni almazlar təbii almazların qiymətinə satılır. Təbii ki, almazlar heç zaman dəbdən düşmədiyi kimi, heç zaman da ucuzlaşmayacaq.

bottom of page