PRESS NEWS AZERBAIJAN

İlham Əliyev Brüsseldə “Şərq Tərəfdaşlığı” sammitində iştirak edib

24.11.2017

 

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də “Şərq Tərəfdaşlığı” sammitində iştirak edib.

Dövlətimizin başçısı sammitin plenar sessiyasında iştirak etmək üçün Avropa İttifaqının binasına gəlib.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Avropa İttifaqına sədrlik edən Estoniyanın Baş naziri Yuri Ratas dövlətimizin başçısını salamlayıblar.

Sonra birgə foto çəkdirilib.

* * *12:38

Brüsseldə 5-ci Avropa İttifaqı “Şərq tərəfdaşlığı” sammiti öz işinə başlayıb.

Virtualaz.org bildirir ki, sammitdə Azərbaycanı Prezident İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

"Şərq Tərəfdaşlığı" proqramına daxil olan digər ölkələrdən isə sammitdə Ermənistanı prezident Serj Sarkisyan, Ukraynanı Pyotr Poroşenko, Gürcüstanı baş nazir Georgi Kvirikaşvili, Moldovanı baş nazir Pavel Flippin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edir.

Belarus sammitdə nə prezident, nə də baş nazir səviyyəsində təmsil olunur. Bu ölkənin nümayəndə heyətinə rəhbərlik xarici işlər naziri Vladimir Markeyə həvalə olunub.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı 2009-cu ildə yaradılıb. Proqramın əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.

Please reload

ƏN ÇOX OXUNANLAR