Ermənilərin “Hayastan” fondu Qarabağda separatizmə dəstək üçün yeni telemarafon təşkil edib.
Telemarafonda 12,505,456 milyon dollar ianə toplanıb. Toplanılan ianələr Qarabağda yeni günəş sistemlərinin yaradılması, artezian quyularının salınması üçün xərclənəcək.
Qeyd edək ki, bu ,ermənilərin indiyə qədər keçirdiyi 25-ci telemarafondur. Bu telemarafonlar sayəsində indiyə qədər 700.000 donordan 350 milyon dollar pul toplanlıb. Onlar Ermənistan və Qarabağdakı layihələrə yönəlib.
Builki telemarafonda ən böyük yardım ABŞ-dan edilib. Adının çəkilməsini istəməyən donor Qarabağ üçün 2,5 milyon dollar verib. Qarabağdakı separatçı rejimə dəstək verənlər arasında Samvel Karapetyan, Samvel Aleksanyan, Ruben Vardanyan, Barseq Beqlaryan, Henrix Ter Qukasyan kimi iş adamları da olub.