PRESS NEWS AZERBAIJAN

Avropa İttifaqından Ermənistana sərt şillə - VİDEO

25.11.2017

 

Avropa İttifaqı Ermənistanla bağlı sərt qərar verə bilər. Belə ki qurum dekabr ayında Ermənistanı ofşor ölkələrin olduğu qara siyahıya salmağa hazırlaşır. Ekspertlər bu hadisə baş verərsə ermənistanda iqtisadi tənəzzülün sürətlənəcəyi fikrindədirlər.
Avropa İttifaqı Ermənistanı dekabrda vergi sığınacağı yəni ofşor hesab edilən ölkələrin siyahısına daxil edə bilər. Bu barədə məlumat Aİ-nin vergitutma məsələləri üzrə xüsusi işçi qrupunun materiallarında əks olunub.
İşçi qrupu vergi məsələlərində Aİ ilə əməkdaşlıqdan boyun qaçıran yurisdiksiyaların siyahısını tərtib edir. Həmin ölkələr arasında Ermənistanın olması şübhəsiz ki, bu ölkədə çirkli pulların dövriyyəsinin kifayət qədər böyük olduğunu göstərir. Çirkli pul dövriyyəsinə rəhbərlik edən Sarkisyan rejimi isə əldə etdikləri qeyri-qanuni qazanca hansısa gücün müdaxilə etməsini istəmirlər. İqtisadçı-ekspert Vüqar Bayramov Ermənistanın ofşor ölkələr siyahısına əlavə edilməsinin bu ölkəyə iqtisadi cəhətdən böyük zərər vuracağına diqqət çəkib.
Ekspert bildirir ki, ofşor ölkələr siyahısına daxil olmaq onsuz da acınacaqlı olan olan Ermənistan iqtisadiyyatını daha dərin uçuruma apara bilər. Bu isə onsuz da regional layihələrdən kənarda qalan Ermənistanın xarici iqtisadi əlaqələrdən də məhrum olması deməkdir.
Məlumata görə, işçi qrupu siyahıya dair tövsiyələri Aİ ölkələrinin maliyyə nazirlərinin dekabrın 5-də keçiriləcək müşavirəsində təqdim oluna bilər.
Qeyd olunan qara siyahıya Ermənistan, Kuk adaları, Marşal adaları, Panama, Serbiya, Tunis - ümumilikdə 36 ölkənin daxil ediləcəyi gözlənilir.