PRESS NEWS AZERBAIJAN

Merkel hökumət qura bilmir

27.11.2017

 Almaniya kansleri Angela Merkel mühafizəkar blok tərəfindən təzyiqlərə məruz qalıb. Belə ki, o, koalisiya qurmağa nail olmayıb. Merkelin liberal siyasəti nəticəsində 2015-ci ildən bəri ölkəyə 1,2 milyon qaçqın gəlib. Bu da bəzi seçiciləri ifrat sağçı AfD-yə yönəldib. Almaniya kansleri Xristian Demokratlar (CDU), Yaşıllar və Azad Demokratlarla (FDP) üçtərəfli koalisiya formalaşdıra bilməyib. Merkelin blokunun gənclərdən ibarət cinahı bəyanatla çıxış edərək, mühafizəkarların nə olursa, olsun, koalisiyada yer ala bilməyəcəyini deyib. Cinahın lideri Pol Zyemiak bildirib ki, hər bir razılıq miqrasiya və ictimai maliyyə proqramları daxil edilməklə, mühafizəkarların siyasətini rədd etməlidir. 

Please reload