PRESS NEWS AZERBAIJAN

Çinlilər ABŞ-a haker hücumu ediblər

28.11.2017

 Üç Çin vətəndaşı Amerika korporasiyalarında haker hücumu törətməkdə ittiham olunur. Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Vu Yingjuo, Donq Hao və Şia Lei məhkəmə qarşısında haker hücumları, ticarət sirlərinin oğurlanması, konspirasiya və şəxsiyyət vəsiqəsi oğurlanması ittihamları ilə üzləşiblər. Onların kompüter sistemlərinə qəsdən ziyan vurduqları deyilir. İttihamnaməni Milli Təhlükəsizlik üzrə Baş Prokurorun əvəzləyici müavini Dana J. Boente və Qərbi Pensilvaniya ştat dairəsinin əvəzləyici ABŞ Prokuroru Soo C. Sonq və Federal Təhqiqatlar Bürosunun Pittsburq Bölməsinin Xüsusi Agenti Robert Conson irəli sürüblər. Haqqında danışılan üç korporasiya “Moody's Analytics”, “Siemens AG”, “and Trimble Inc”dır. Bu şirkətlərin 2011 və 2017-ci ilin may ayları arasında hücumlara məruz qaldığı güman edilir.

Please reload

ƏN ÇOX OXUNANLAR