PRESS NEWS AZERBAIJAN

FETÖ-cü Hakan Şükürün ortağı Azərbaycan və Ermənistanda “iş başındadır” - FOTOFAKT

28.11.2017

 

FETÖ Terror Örgütünün ABŞ-a qaçmış üzvlərindən keçmiş futbolçu Hakan Şükürün kafe açdığı xəbərini vermişdik. Kafenin gerçək sahibinin adı açıqlanıb. Belə ki, lüks məhəllədə yerləşən kafenin həqiqi sahibi Hakan Şükür deyil, Əhməd Səid Qavurmaçıdır.

İstanbulun sabiq bələdiyyə başqanı Qədir Topbaşın kürəkəni Ömər Faruq Qavurmaçının böyük qardaşı olan Ə.S.Qavurmaçı da ABŞ-da yaşayır.

Qeyd edək ki, FETÖ-cu Qavurmaçı ailəsinin Azərbaycanda da biznesi var. Bakıda tez-tez rastlaşdığınız “Pierre Cardin” mağazası Qavurmaçılara məxsus “Aydınlı” Qrupa məxsusdur. “Pierre Cardin” markası hazırda həbsdə olan Ömər Faruq Qavurmaçıya aiddir. Azərbaycandan öncə Ermənistana bu markanı daşıyan da məhz “Aydınlı” Qrupdur.

Xatırladaq ki, 15 iyul çevrilişə cəhd zamanı ABŞ-da olan Qədir Topbaşın FETÖ-cu kürəkəni hazırda həbsdədir, özü isə bir müddət öncə prezident Ərdoğanın istəyi ilə vəzifəsindən istefa vermək məcburiyyətində qalıb.

Please reload

ƏN ÇOX OXUNANLAR