İsrail İŞİD-lə ittifaq quracaq

İsrail Suriya və İraqda güclənən İrana qarşı İŞİD-lə ittifaq quracaq. Bu barədə İsrail Xarici İşlər Nazirliyinə bağlı olan kəşfiyyat mərkəzi hesabat yayıb. Hesabatda İranın Suriyada çoxlu hərbi baza quraraq möhkəmlənmək və bundan sonra İsraili yox etmək planlarının olduğu vurğulanıb. Qeyd edək ki, İsrail müdafiə naziri Aviqdor Liberman İranın hələlik Suriyada hərbi baxımdan mövcud olmadığını deyib.
Bu arada İsraildə 1.5 ildir davam edən sınaqlardan sonra ilk dəfə “Dəmir Qübbə” dəniz müdafiə sistemləri xidmətə qəbul edilib. Bu barədə “Yerusəlim Post” informasiya yayıb. “Dəmir Qübbə”lərin qarşısında duran başlıca vəzifə kimi İsrailin su sərhədlərinin və Aralıq dənizindəki təbii qaz axtarış platformalarının qorunması göstərilib. Qeyd edək ki, İsrail ordusu “Dəmir Qübbə” raket sistemini ilk dəfə 27 mart 2011-ci ildə Beer-Şeva şəhərində yerləşdirib. Bu sistem ilk dəfə 7 aprel 2011-ci ildə Qəzzadan atılan “Qrad” raketlərini məhv edib.