top of page

Toyda dəhşət - Restoranın mühafizəçisi bəyi öldürdü

Ukraynanın Kiyev şəhərinin Obuxov rayonunda restoran mühafizəçisi toyunu qeyd edən gənci öldürüb. Rus mətbuatı xəbər verir ki, 23 yaşlı bəy qonaqlarla mübahisə edib və onları söhbəti ayırd etmək üçün çölə çağırıb. Küçədə isə onun restoranın 66 yaşlı mühafizəçisi ilə davası düşüb. O, mühafizəçiyə hücum etmək istərkən kişi cəld tərpənərək bəyi bıçaqla qasığından vurub.

Zərbə nəticəsində çoxlu qan itirən bəy xəstəxanada dünyasını dəyişib.

Mühafizəçi həbs olunub.

bottom of page