top of page

İlham Əliyev silahları yoxladı

Xəbər verdiyimiz kimi, ötən gün Ağcabədidə səfərdə olan prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə baş çəkib. Burada müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandana raport verib.

İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxıb.

Ona interaktiv təlim-məşq sistemi barədə məlumat verilib. Bildirilib ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.

Prezident özü də təlim silahlarına baxıb, onların atəş qabiliyyətini yoxlayıb.

bottom of page