top of page

Taksi sürücülərinin davası: biri xəstəxanaya, digəri həbsxanaya düşdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünü öldürməyə cəhddə ittiham olunan Rövşən Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Azad Məcidov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək R.Hüseynovun 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında baş verib. Taksi sürücüsü Rövşən Hüseynov həmkarı Tahir Daşdəmirovla mübahisə edib. Mübahisəyə səbəb Rövşən Hüseynovun müştəriləri Mərdakana 1 manata aparması olub. Başqa ərazidə taksi xidməti göstərən Rövşən Hüseynovun axşam evə gedən zaman Mərdakəna 1 manata müştəri aparması T. Daşdəmirova xoş gəlmiəyib. T. Daşdəmirov hər gün Mərdəkana işlədiyini və 1 manata müştəri aparmağın düzgün olmadığını deyib və onun maşınında olan müştəriləri düşürtmək istəyib. Tərəflər arasında insident yaranıb və R.Hüseynov bıçaqla T. Daşdəmirovu vurub. Yaralı xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

bottom of page