PRESS NEWS AZERBAIJAN

“Kəllə ovçuları” üçün 3 TABOR - Qərbin qurduğu şəbəkə barədə ŞOK İDDİALAR

30.11.2017

 

Bütün Qərb ölkələri, xüsusilə ABŞ, Böyük Britaniya və Almaniya PYD/PKK terrorçularına dəstək verir. “Yeni Şəfəq” nəşri xəbər verir ki, ABŞ-ın Texas ştatı isə terrorçuların toplama düşərgəsi kimi fəaliyyət göstərir.
“Dwekh Nawsha” (Fəda Hərəkatı) və “Bunch Of Damn Reds” (Lənətli Qırmızı Şeytanlar) təşkilatları vasitəsilə 2 mindən çox terrorçu Suriyaya gəlib. Bundan başqa, ABŞ və Avropada dövlət tərəfindən dəstəklənən bir çox təşkilat İraq və Suriyaya PKK-nın tərkibində döyüşəcək terrorçular göndərir. İddiaya görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatı daxilində həyata keçirilən terrorçu ixracı 2013-cü ildə başlayıb və 2015-ci ildən sonra daha da sürətlənib.
Türkiyə nəşrinin əldə etdiyi məlumata görə, Suriyada hələ də 7 mindən çox xarici döyüşçü var. Xarici döyüşçülərdən 3 tabor qurulub. Bunlar “Bob Crow”, “Defend Kürdistan” və “International” taborlarıdır.
 
Aralarında təhlükəli cinayətkarlar, İraqla Əfqanıstanda döyüşən və psixoloji problemləri olan keçmiş hərbçilərin də olduğu minlərlə insan dərnəklər və hərbi şirkətlərin vasitəçiliyi ilə terror düşərgələrinə göndərilir.
Başda Brüssel, Berlin, Amsterdam, Kopenhagen, Vyana, Paris və London olmaqla Avropanın bir çox şəhərlərində Suriya və İraqa PKK-nın sıralarında vuruşmağa gedənlər üçün məsləhət xidmətləri təşkil edilir. Onlar 3 həftəlik hazırlıq kurslarından sonra hər hansı mane olmadan İraqa hava yolu ilə gətirilir. Bəzi terrorçular üçünsə saxta pasportlar təşkil edilir.
Qərb mediası isə insanları PKK-ya qatılmağa təşviq edir. Aparılan araşdırmalara görə, terror təşkilatına qatılanların 70 faizi bunu “Washington Post”, BBC, “Newyork Times” və CNN kimi məşhur media qurumlarının xəbərlərindən təsirlənərək ediblər. PKK üçün açılan 3 internet ünvanı Qərbdən gələnlər üçün ilk təmas vəzifəsini yerinə yetirir. “Asisting The Volunteers Of Rojova”, “Soldidarity To Kürdistan” və “The Lions Of Rojova” on minlərlə izləyicisi üçün əsas təbliğat maşınıdır.
 
27 ölkədən teror düşərgələrinə qatılan qərblilər arasında islama qarşı olduğunu əsas göstərənlərlə yanaşı, “kəllə ovçusu” adlandırılan şəxslər də var. “Centre For The Response” araşdırma mərkəzinin məlumatına görə, Ayn-əl-Arab, Münbiç və Tel-Abyad kimi bölgələrdə yerləşdirilən xarici PKK-çıların demək olar ki, hamısı psixoloji problemlər yaşayan və kriminal keçmişi zəngin olan şəxslərdir.

Please reload

ƏN ÇOX OXUNANLAR