top of page

Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçiriləcək

Dekabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası işə başlayacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclasda nümayəndə heyətləri işçi qruplarda ikitərəfli münasibətlərin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.

İclasın Azərbaycan tərəfdən həmsədri müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən həmsədri isə Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi, general-leytenant Yavuz Türkgencidir.

Hərbi dialoq çərçivəsində müzakirələrə dekabrın 7-də yekun vurulacaq.

Qeyd edək ki, sonuncu Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2016-cı ilin dekabr ayında Ankarada keçirilib.

bottom of page