PRESS NEWS AZERBAIJAN

Məhkəmə Trampın səfər qadağası ilə bağlı hökm verib

06.12.2017

 ABŞ Ali Məhkəməsi prezident Donald Trampın 6 müsəlman ölkəsindən Birləşmiş Ştatlara səfər qadağasını tam qüvvəyə mindirən hökm verib. Dekabrın 4-də Ali Məhkəmənin 9 hakimindən yeddisi administrasiyanın, aşağı məhkəmə instansiyalarının səfər qadağasına qoyduğu blokun qaldırılmasına dair vəsatətini təmin edib. Donald Tramp prezident postuna gəldikdən dərhal sonra İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının ABŞ-a səfərlərinə 90 günlük qadağa qoyan fərmanı elan etmişdi.

Sonradan İraq bu siyahıdan çıxarılmışdı.

Birləşmiş Ştatların bir neçə federal məhkəməsi prezidentin fərmanını bloklayan hökm vermişdi. Lakin artıq sentyabrın 24-də Tramp yeni səfər qadağası fərmanını imzalamışdı. Bu fərmandakı səfər qadağası siyahısına artıq Venesuela, Çad və Şimali Koreya əlavə olunmuş, lakin Sudanın adı siyahıdan çıxarılmışdı. Ali Məhkəmənin dekabrın 4-də təsdiqlədiyi fərmandakı siyahıda İran, Yəmən, Liviya, Suriya, Somali və Çadın adları qalır.

Bu ölkələrin vətəndaşlarına yalnız ABŞ-da qohumları olduğu halda, bu ölkəyə səfər etmək icazəsi veriləcək. Venesuela və Şimali Koreyanın adları əlavə edilmiş fərmanın qüvvəyə minməsinə artıq aşağı instansiya məhkəmələri icazə vermişdi.

Kaliforniya və Virciniyanın apellyasiya məhkəmələri bu həftə qadağanın qanuniliyi məsələsini müzakirə etməlidir.

 

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload