PRESS NEWS AZERBAIJAN

Bakıda inanılmaz olay: Universitetin yeni korpusu uçdu

09.12.2017

 

Bakının Nərimanov rayonunda tikilməkdə olan binanın bir hissəsi uçub.

 

Pressnews-un əldə etdiyi məlumata görə, paytaxtın Koroğlu Rəhimov küçəsi 13 ünvanında, Odlar Yurdu Universitetinin əlavə korpusunun tikintisi zamanı xəta baş verib. Belə ki, günorta saatlarında binaya beton tökülüb. Beton töküldükdən sonra binanın 4-cü mərtəbəsinin bir hissəsi uçub.

 

Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib. Xoşbəxtlikdən insident zamanı xəsarət alan olmayıb. Amma yaxınlıqda yaşayan və hadisənin şahidi olan 17 yaşlı Gövhər Nəcəfovanın səhhəti pisləşib. Hadisə yerinə təcili-tibbi yardım çağırılıb və paytaxt sakininə tibbi yardım göstərilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Please reload