“Eurovision-2017” mahnı müsabiqəsinin qalibi portuqaliyalı Salvador Sobrala donordan ürək köçürülüb.
Pressnews RİA Novosti-yə istinadla xəbər verir ki, ürəkköçürmə əməliyyatı dekabrın 8-də keçirilib. Əməliyyat uğurla başa çatıb.
Salvador Sobral sentyabrın sonlarında reanimasiyaya yerləşdirilib. Müğənni ürəyindəki problemlərlə əlaqədar bütün konsertlərini ləğv edib.
Sobral “Amar Pelos Dois” mahnısı ilə Kiyevdə keçirilmiş “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi elan edilmişdi.