PRESS NEWS AZERBAIJAN

Salyanlı manyak: “Məni saymırdılar...”

11.12.2017

Salyanda 2014-cü ilin mart ayında həyat yoldaşı Fərhad Məhərrəm oğlu Əliyev tərəfindən qətlə yetirilən 56 yaşlı Mehparə Əliyevanın və 4 qızı- 1961-ci ildə anadan olmuş İradə Əliyevanın, 1991-ci ildə anadan olmuş Ümidə Əliyevanın , 1998-ci ildə anadan olmuş Rəqibə Əliyevanın və 1987-ci ildə anadan olmuş Sevda Əliyevanın cəsədlərinin qalıqları məhkəmə-tibbi ekspertizasından keçdikdən sonra bu gün səhər saatlarında ailələrinə təhvil verilib. Məlumata görə ana və dörd övladının cəsədlərinin qalıqları bu gün Salyan şəhər qəbristanlığında dəfn olunub.

Oğlu ilə birləşərək 2014-cü ildə arvadını və dörd qızını öldürüb yaşadığı evin altında basdıran qatil istintaqa ifadəsində bu dəhşətli cinayətin motivini danışıb. “Sputnik” agentliyi Salyan hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, qatil Fərhad Məhərrəm oğlu Əliyev dindirmə zamanı arvadını və qızlarını “onu saymadıqları üçün” öldürdüyünü deyib.

Please reload

ƏN ÇOX OXUNANLAR