top of page

ABŞ PKK-nın Suriyadakı qoluna yarım milyard dollar ayırdı


ABŞ-ın Müdafiə Nazirliyi İraq və Suriyada İŞİD-ə qarşı mübarizə aparmaq üçün terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri olan YPG-yə 500 milyon dollarlıq silah, sursat, hərbi texnika və avtomobil verəcək. Pentaqon 2017-ci ildə bu məqsədlə 430 milyon dollar vəsait ayırmışdı.

ABŞ hərbi təlimçilərinin hazırladığı YPG silahlılarının hər birinə Pentaqon 200-400 dollar məbləğində maaş verəcək.

Müdafiə Nazirliyinin məlumatına görə, hazırda bölgədə ABŞ-ın 25 min silahlısı var. Bura Pentaqon hərbçiləri, ABŞ-ın dəstək verdiyi silahlılar və s. daxildir. 2018-ci ildə onların sayının daha 5 min artırılması nəzərdə tutulub.

Ümumiyyətlə, gələn il ABŞ Müdafiə Nazirliyinin büdcəsi ötən ilki ilə müqayisədə 74 milyard dollar artaraq, 692,1 milyard dollar olacaq.

Xatırladaq ki, İraq hökuməti terrorçu İŞİD üzərində qələbə qazanıldığını elan edib. Rusiya prezidenti Vladimir Putin isə Suriya ərazsinin 98 faizinə BMT-nin tanıdığı Bəşşar Əsəd hakimiyyətinin nəzarət etdiyini, ölkənin demək olar, İŞİD-dən təmizləndiyini bildirib.

bottom of page