PRESS NEWS AZERBAIJAN

Dünyada Müəllimlərə ən yüksək maaş verən 12 ölkə – SİYAHI

13.12.2017

 

Müəllimlik müqəddəs peşədir. Dünyada elə ölkələr var ki, müəllimə yüksək miqdarda maaş verir. Bu gün müəllimə ən yüksək maaş verən ölkələrin siyahısını təqdim edir:

 

12.ABŞ
ABŞ-da məktəblər özəl və dövlət məktəbləri olaraq iki yerə ayrılır. Müəllimin illik orta maaşı 56 min manatdır.

 

11.Şotlandiya
Avropanın ən yaxşı təhsil sistemlərindən birinə sahib olan Şotlandiyada təhsil müəssisələri və qurumları xarici nəzarətçilər tərəfindən idarə edilir. Müəllimin aldığı illik orta maaş 62.600 manatdır.

 

10.Cənubi Koreya
Xüsusilə də texnologiya sahəsində inkişaf edən Cənubi Koreyada təhsil də yüksək səviyyədədir. Cənubi Koreyada müəllim olmaq çox çətin bir prosesdir. Müəllimin illik orta maaşı 63 min manatdır.

 

9.Avstraliya
Avstraliyada müəllimliyə yeni başlayanlar illik 45.200 manat maaş, təcrübəli müəllimlər isə 74.400 manat maaş alır.

 

8.Belçika
Belçikada da müəllimlərin maaşı təcrübəyə əsasən dəyişir. Bu rəqəm illik 41.600 manatla-76.400 manat arası dəyişir.

 

7.Danimarka
Danimarka əhalisinin oxuma-yazma nisbəti 99%-dir. Bu isə təhsilə verilən önəmi ortaya çıxarır. Müəllimin illik orta maaşı 69.200 manatdır.

 

6.İrlandiya
İrlandiyada da əhalinin oxuma-yazma nisbəti 99% təşkil edir. Təhsilə böyük önəm verən İrlandiyada müəllimin illik orta maaşı 43.100 manatla 71.800 manat arası dəyişir.

 

5.Kanada
Kanada həm yerli, həm də xarici müəllimlərə geniş imkanlar verir. Müəllimlərin illik maaşı 46.400 manatla 74.050 manat arası dəyişir.

 

4.Hollandiya
Hollandiyada xarici müəllimlər mövzusunda sərt qanunlar olan ölkədir. Bu ölkədə müəllim işləmək üçün müəyyən sertifikatlar və sənədlər lazımdır. İllik orta maaş 78.300 manatdır.

 

3.Almaniya
Almaniyada müəllimlər yüksək məvacib alırlar. Bundan başqa müəllimlərə müəyyən sahələrdə əlavə yardımlar da edilir. Bu ölkədə müəllimlik peşəsi çox ciddi peşə sayılır. İllik orta maaş 84 min manatdır.

 

2.İsveçrə
İsveçrəyə bəzən “Avropanın kassası” da deyirlər. Hökumət bu adı doğruldaraq müəllimlərə yüksək maaş verir. İllik orta maaş 89.100 manatdır.

 

1.Lüksemburq
Siyahıya liderliyi kiçik Lüksemburq dövləti edir. Bu ölkədə müəllimlərin illik maaşı 67.800 manatla 128 min manat arasında dəyişir.

Please reload

ƏN ÇOX OXUNANLAR