top of page

Amerikalı xanım raket qalıqlarının önündə İranı təhdid etdi - FOTOLAR


Yaxın Şərqin əzəli düşmənləri olan Səudiyyə Ərəbistanı ilə İranın Yəməndəki qarşıdurmasına ABŞ-da qoşulur. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley mətbuat konransında Husilərin Riyaddakı hava limanına atdıqları raketin parçalarını nümayiş etdirib.

İranı birbaşa Husilərə raket tədarük etməkdə günahlandıran Haley, texniki detallarla bağlı fikirlərin sübut edildiyini bildirib. Onun sözlərinə görə, əgər raket şəhər mərkəzinə düşsəydi, minlərlə vətəndaş həyatını itirərdi. Paytaxt Vaşinqton yaxınlığndakı hərbi obyektdə danışan Haley, əllərindəki inkar edilə bilməyən sübutların İran rəhbərliyinin BMT qərarlarını saymadığını göstərdiyini bildirib.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp və komandası İranla imzalanan nüvə razılaşmasının ləğvini istəyir və Yaxın Şərqdəki bir nömrəli müttəfiqi Səudiyyə Ərəbistanı üzərindən Tehran rəhbərliyinə təzyiq göstərməyi planlaşdırılır.

Müttəfiqlər dərhal reaksiya verdi

Nikki Haleyin sözləri dərhal Yaxın Şərqdə də əks-səda yaradıb. Səudiyyə Ərəbistanı Vaşinqtonun açıqlamasını məmnuniyyətlə qarşıladığını bildirib. İranı qınayan Riyad rəhbərliyi, beynəlxalq ictimaiyyətin hərəkətə keçməyini istəyib. ABŞ-ın digər müttəfiqi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də beynəlxalq ictiamiyyəti İran təhdidinə daha güclü etiraz etməyə çağırıb. Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “Vaşiqntonun təqdim etdiyi dəlillər İranın BMT qarşısındakı öhdəlikləri pozduğunu, bölgədə silah ticarətinin yayılmasındakı rolu ilə bağlı şübhəyə yer buraxmır. İranın Husilərə və digər başqa müttəfiqlərinə göndərdiyi qeyri-qanuni silah, raket və pilotsuz uçuş aparatları təriqətlərarası şiddəti artırır.

“ABŞ, müharibə cinayətlərini örtür”

Haleyin sözlərinə İrandan da cavab gəlib. Tehran rəhbərliyi, göstərilən sübutların ABŞ-ın planlarına uyğun emal edildiyini bildirib: “Bu ittihamlar Səudiyyənin ABŞ-ın ortaq addımı ilə Yəməndə törətdikləri müharibə cinayətlərini gizlətmək üçün ortaya atılıb”.

Qeyd edək ki, BMT də Yəməndən Səudiyyə Ərəbistanına atılan raketi araşdırır.

bottom of page