top of page

Sürücülərə qarşı qaydalar sərtləşdirlir


Bu gün "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər edilir. "Dəyişiklik qüvvəyə mindikdən sonra cəriməsini ödəməyən sürücülərin sürücülük vəsiqələri dəyişdirilməyəcək, avtomobilləri texniki baxışdan keçirilməyəcək".

Bunu Mətbuata açqlamasında nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib:

"Avtomobilini qeydiyyat (o cümlədən addan-ada keçirdərkən) və texniki baxışdan keçirərkən, həmçinin sürücülük vəsiqəsini dəyişərkən sürücünün yol hərəkəti qaydalarını pozduğuna görə qanuni qüvvəyə minmiş və ödənilməmiş cərimələri varsa, bu cərimələr tam ödənilməmiş həmin hərəkətlər edilməyəcək. Yəni, cəriməsi olanlara cərimə ödənilməyənədək avtomobilin qeydiyyatından imtina ediləcək, texniki baxış talonu verilməyəcək və sürücülük vəsiqəsi dəyişdirilməyəcək".

bottom of page