top of page

Libermandan çağırış: Açarımız Ərdoğanın əlində olsa...


İsrail hökuməti Türkiyə ilə iqtisadi əlaqələri yenidən nəzərdən keçirməlidir.

Pressnews.az xəbər verir ki, bu sözləri İsrail Müdafiə naziri Aviqdor Liberman Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Qüdslə bağlı açıqlamasını şərh edərkən qeyd edib.

“Son dövrlər Ərdoğan istənilən bəhanədən istifadə edərək İsrailə qarşı hiddətli bəyanatlar verir”, - nazir bildirib.

Liberman həmçinin İsraildən Türkiyəyə, oradan da Avropaya gedəcək qaz boru kəmərinin inşasına qarşı olduğunu əlavə edib:

“Düşünürəm ki, bu, böyük strateji yanlışlıq olar. Obrazlı dillə desək, qaz borumuzun ventili Ərdoğanın əlində olacaq”.

Qeyd edək ki, Ərdoğan Qüdsdə Türkiyənin Fələstin səfirliyinin açılacağını istisna etməyib.

bottom of page