top of page

Yol polisi sürücülərə müraciət etdi - CƏRİMƏLƏNƏCƏKSİNİZ!


“Sürücülər dayanma, durma və parklanma qaydalarına düzgün riayət etsinlər”.

Bunu Metbuata açıqlamasıda Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, taksi faəliyyəti ilə məşğul olanlar yolun hərəkət hissəsində dayanmaqla digər sürücülərə mane olurlar:

“Yolun hərəkət hissəsində qəza-duracaq işıqlarını yandıraraq avtomobilin park edilməsi yolun daralması və həmin ərazidə olan avtomobillərin hərəkətinə mane yaratmaqdır. Bu, “Yol hərəkəti haqqında” qanunun pozulmasıdır. Dayanma, durma və parklanma məsələsi bu gün paytaxtımızda ən prioritet məsələlərdən biridir. Dayanma və durma qaydalarını pozan sürücülərlə bağlı polis əməkdaşları gündəlik 800 protokol tərtib edir. Ötən illərdə bu rəqəm 1000-1500 idisə, indi nisbətən azalıb.

Bu sahədə yol polisləri tərəfindən tədbirlərin keçirilməsindən asılı olmayaraq, sürücülər buna adət etməlidir. Sürücülərin dayanma və durma tələblərinə düzgün əməl etməsi ən azından mədəniyyət səviyyəsinin yüksəlməsi deməkdir”.

Qeyd edək ki, dayanma, durma və parklanma qaydalarını pozmağa görə cərimə 40 AZN-dır”.

bottom of page