PRESS NEWS AZERBAIJAN

Bakıda maraqlı toy: Bəy hərbi formada gəldi – VİDEO

21.12.2017

 

Özü hərbi formada, gəlin maşını və bəylik stolu isə Azərbaycanın üç rəngli bayrağı ilə bəzədilib. Görüntülər aprel qazisi Anar Məmmədovun toyundandır. O, aprel döyüşlərində bir qolunu itirsə də bu onun arzularının reallaşmasına mane ola bilməyib. Aprel qazisi hərbiçi xanımla özünə toy edib.

Silahlı Qüvvələrin zabitinin hərbi geyimdə toya gəlməsi isə iştirakçıların marağına səbəb olub.

Ehtiyatda olan kapitan Anar Məmmədovun sözlərinə görə, hərbiçi olmaqla yanaşı öz toyunda hərbi forma geyinmək də ən böyük arzusu olub.

Bəyin xanımı Zülfiyyə Yusifzadə də hazırda silahlı qüvvələrdə xidmət edir. Deyir ki, Anardan belə bir təklif gələndə müsbət qarşılayıb.

Qeyd edək ki, toyda bəyin hərbiçi yoldaşları ilə yanaşı, Müdafiə Nazirliyinin nümayəndələri də iştirak ediblər.

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR