top of page

Tramp Qüds qərarını dəstəkləməyən ölkələri hədələdi


ABŞ prezidenti Donald Tramp Qüds məsələsində Amerikanın qərarını dəstəkləməyən ölkələri hədələyib.

Tramp BMT-nin Baş Assambleyasında müzakirəyə çıxarılacaq Qüdslə bağlı qətnamədə ABŞ-ın mövqeyini dəstəkləməyən ölkələrə maliyyə yardımının kəsiləcəyini bəyan edib.

Qeyd edək ki, dekabrın 21-də BMT-nin Baş Assambleyasında Qüdsün statusu ilə bağlı iclas keçiriləcək.

bottom of page