PRESS NEWS AZERBAIJAN

İsrail UNESCO-dan çıxır

25.12.2017

 İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatındakı (UNESCO) elçisinə təlimat verib ki, İsrailin bu təşkilatdan çıxmasını rəsmən elan etsin.

İsrail UNESCO-dan çıxacağını oktyabrda elan etmişdi. İsrailin xarici işlər nazirliyinin sözçüsü Emmanuel Nahson deyib ki, hökumətin bu qərarı UNESCO-nun yəhudi dövlətinə qarşı sistematik hücumlarına və yəhudi tarixini yəhudi torpaqlarından ayırma cəhdlərinə cavabdır. Nahson deyib ki, təşkilatdan çıxma haqda məktub dekabrın 25-dən sonra ünvanına göndəriləcək və İsrail, təşkilatı gələn ilin sonunacan tərk edəcək. Netanyahu UNESCO-dan çıxmaq qərarını ABŞ prezidenti Donald Trampın analoji qərarından sonra vermişdi. Trampın qərarını "cəsarətli və mənəvi cəhətdən düzgün" adlandıran baş nazir, UNESCO-nun "absurd teatrı”na çevrildiyini, mədəniyyəti qorumaq əvəzinə onu saxtalaşdırmaqda suçlamışdı. Bu xəbər BMT Baş Assambleyasının Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan imtina etməsi qərarından sonraya təsadüf edir.

Please reload