top of page

ABŞ BMT-yə maliyyə yardımını azaldır


ABŞ hakimiyyəti 2018-2019-cu illərdə BMT-nin maliyyələşdirilməsi üçün ayırdığı vəsaitin 285 milyon dollar azaldılması barədə qərar qəbul edib. Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib. “Biz ABŞ vətəndaşlarının səxavətindən sui-istifadə edilməsinə icazə vermərik”, - deyə o, vurğulayıb. Qeyd edək ki, BMT-nin illik büdcəsinin 22 faizini, 3 milyard dollardan çoxunu ABŞ maliyyələşdirir.

bottom of page