Sudan prezidenti Ömər əl-Bəşir Türkiyəyə ada verib. “Haber7” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Sudan limanına, oradan isə adaya (Sevakin adasına) keçdik. Orada TİKA-nın bərapa etdiyi hənəfi və şafii məscidləri var. Bu adanı bizə ayırsanız, biz oranı tamamilə bərpa edib, ona əvvəlki tarixi şöhrətinə qaytararıq demişdim”, - deyə R.T.Ərdoğan xatırladıb.
Türkiyə-Sudan iş adamları forumunda Sudana səfəri və bu ölkənin prezidenti Ömər əl-Bəşirlə görüşündən danışan R.T.Ərdoğan bildirib ki, Sudanda hənəfi və şaffi məscidləri tikilib: “Orda gömrük bölümünün tikintisi başa çatıb. Ömər əl-Bəşir qardaşım Sevakin adasını bizə müəyyən müddətə verilməsinə razılıq verdi. Buranı tikmək və dirçəltməyin nə demək olduğunu bilirsinizmi? Biz işimizlə buraları yerlə bir edənlərə cavab vermiş olacağıq. Görəcəyimiz işlərin ardı da olacaq, ancaq onları indi söyləmirəm”.
* * *10:15
Türkiyə Sudanın Suakin adasını almaq istəyir. Bunu Sudana səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Dövlət başçısı bildirib ki, məqsəd bu adada infrastrukturun bərpa edilməsidir: "Hazırda Suakin atılmış vəziyyətdədir. Türkiyə bu adada yerləşən tarixi məscidi də bərpa etməyə hazırdır".
Qeyd edək ki, Sudanın şimal-şərqində, Şərqi Afrika sahillərində yerləşən Suakin adası əsrlər boyu mühüm ticarət limanı olub.