PRESS NEWS AZERBAIJAN

ABŞ Fələstinə yeni paytaxt təklif edir

27.12.2017

 

ABŞ prezidenti Donald Trampın Administrasiyası Qüdslə sərhəd olan Abu-Dis şəhərinin Fələstinin paytaxtı elan edilməsini təklif edib. “Al Jazeera” telekanalı xəbər verir ki, bunu HƏMAS hərəkatının lideri İsmayıl Haniyə bildirib. 

“Vaşinqton Fələstin rəhbərliyinə Abu-Dis şəhərinin paytaxt elan edilməsini təklif edib”, - deyə Haniyə qeyd edib. 

HƏMAS hərəkatının lideri əlavə edib ki, Vaşinqtonun təklifində siyasi islahatlar yolu ilə Qəza sektorunda vəziyyətin normallaşdırılmasına dair məqamlar yer alıb.
 

Please reload

ƏN ÇOX OXUNANLAR