top of page

İtkin düşmüş alpinistlərin axtarışı davam edir


11 gündür itkin düşən alpinistlərin axtarışları ilə əlaqədar bu gün müşavirə keçirilib. Fövqəladə hallar nazirinin müavini və bir qrup nazirlik əməkdaşları iştirakı ilə keçirilən müşavirədə indiyədək aparılan axtarışların nəticələri habelə bundan sonra atılacaq addımlar müzakirə olunub. Bu arada artıq Qəbələ istiqamətində də axtarışlara başlanılıb.

Dekabrın 23-də Quba rayonundan Tufandağ istiqamətində itkin düşən alpinistlərin axtarışları davam edir.

İtkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib. Müşavirədə axtarış-xilasetmə işlərinə cəlb olunan qurumların rəhbər şəxsləri iştirak edib. Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bu günədək görülən işlər təhlil olunub, növbəti günlərdə görüləcək işlər nəzərdən keçirilib

Qeyd olunub ki, son günlər meteoroloji şəraitin kəskin pisləşməsi güclü qarın yağması nəzərə alaraq axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə, lakin fasiləsiz aparılır. Axtarış-xilasetmə işlərində Nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunub, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir.

"Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov isə trendə bildirib ki, Qəbələ rayonu ərazisində axtarışlara başlanılıb. onun sözlərinə görə Bir neçə gün əvvəl izlər aşkarlanıb. Lakin həmin izlərin həmin alpinistlərə məxsus olub-olmadığıə dəqiq deyl.

Ziya Qasımov itkin düşən alpinistlərin icazəsiz səfərə çıxması məsələsinə də münasibət bildirib. Klub rəhbəri deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. "Alpinistlər icazəli və plan üzrə səfərə çıxmasaydılar, onlar Xınalıqdakı Sərhəd Qoşunlarının postundan keçə bilməzdilər. Onların icazəsi var idi ki, postdan keçə biliblər".

İtkün düşən alpinistlərin yaxınları da Quba rayonunda olublar. Onların ailə üzvlərindən bir neçəsi təhlükəsizlik qaydasına əməl edilməklə əraziya aparılıb.

Qeyd edək ki, meteoroloji şəraitdən asılı olaraq, helikopterlər də əməliyyat-axtarış tədbirlərinə cəlb olunur.

bottom of page