Səudiyyə Ərəbistanında saxlanılan 90 şahzadə ümumilikdə 100 milyard ABŞ dolları məbləğində pul ödəməyə razılaşıb və azadlığa çıxıb. RBK xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının müvafiq qurumları son aylar ərzində paytaxt Ər-Riyaddakı "Rits Karlton" hotelində saxlanılan şahzadə və milyarderlərlə danışıqları başa çatdırmaq üzrədir. 90 nəfər irəli sürülən şərtlərlə razılaşaraq, azadlığa çıxıb, 5 nəfər isə təklif üzərində hələ düşünür. Ödəniş etmək istəməyənlər - belələri 90 nəfərdir - onlara qarşı irəli sürülən ittihamla tanış olur və məhkəmə qarşısına çıxmaq riskini göz önünə alır. Hoteldə otaqlar fevralın 14-dək rezervasiya olunub, lakin rəsmilər tutulanlarla danışıqların yanvarın sonuna qədər başa çatdırılmasının planlaşdırıldığını bildirir. Saxlanılanlardan pul vəsaiti, daşınmaz əmlak və qiymətli kağızların rəsmi qaydada müsadirə edilməsi, korrupsiyaya qarşı mübarizənin bir hissəsidir. Korrupsiyaya qarşı mübarizə işi üzrə ümumilikdə, təqribən, 350 nəfərin ifadəsi alınıb.
top of page
bottom of page