PRESS NEWS AZERBAIJAN

Böyrəklərinizə zərər verir -DİQQƏTLİ OLUN

22.01.2018

 Böyrəklər sağlam yaşamağımız üçün olduqca vacib orqandır. Pressnews.az-ın məlumatına görə, böyrəklərin əsas funksiyası qandakı yararsız maddələri süzməkdir. Bunun üçün sağlamlığa ziyan verən vərdişlərdən uzaq durmaq lazımdır. Həkimlər deyir ki, gündə 8 stəkan su için. Su bədəni təmizləyir. Böyrəklərdə əmələ gələn zərərli toksinləri xaric edir. Gündə yarım çay qaşığından çox duz istifadə etməyin. Duzun həddindən artıq istifadəsi böyrək və ürək xəstəlikləri riksini artırır.

Böyrəklərə ziyan vuran vərdişlərdən biri sidiyi saxlamaqdır.

Ağrıkəsicilərin tərkibindəki kimyəvi maddələr böyrək və qaraciyər problemlərinə səbəb ola bilir.

Mütəxəssislər deyir ki, həddindən artıq ət yemək ziyandır. Həftədə ən azı 2 porsiya ət istifadə edin. Qırmızı ətdə “purin” miqdarı çox olduğu üçün böyrək daşı riskini artırır.

Please reload