PRESS NEWS AZERBAIJAN

ABŞ-dan bitkoinə zərbə vurdu

06.02.2018

 

Cənubi Koreyanın, kriptovalyuta bazarı əməliyyatlarını fiziki şəxslərin hesabları ilə aparılmasını məhdudlaşdırmasından sonra bir "zərbə" də ABŞ-dan gəldi. ABŞ-ın ən böyük maliyyə qurumlarından “JPMorgan Chase & Co.”, “Bank of America Corp.” və “Citigroup Inc.”, buraxdıqları kredit kartlarından bitkoin və digər kriptovalyutaların satın alınmasını qadağan edib. “JPMorgan”ın sözçüsü Mary Jane Rogers, transferlər zamanı yarana biləcək risk səbəbilə bu qərarı verdiklərini deyib.

“Bank of America”dan verlən açıqlamada isə kripto transferlərinin cümə günü dayandırıldığı, qərarın bütün fərdi və korporativ kredit kartlarını əhatə etdiyi, ancaq ATM kartlarına (debet kartları) aid olmadığı qeyd olunub. “Citigroup”un sözçüsü Jennifer Bombardier isə bazardakı vəziyyətə bağlı siyasətlərini nəzərdən keçirməyə davam edəcəklərini söyləyib. Bitkoin 18 dekabrdan bu yana dəyərinin yarıdan çoxunu itirib və noyabrdan bu yana ilk dəfə 8 min dollardan aşağı düşüb. Bu sürətli azalmaya, getdikcə artan hökumət məhdudlaşdırmaları, manipulyasiya qorxusu və “Facebook”un kriptovalyuta reklamlarını qadağan etməsi səbəb olub.