PRESS NEWS AZERBAIJAN

Göbələk əvəzinə 3 vedrə pul

06.02.2018

 

Türkiyənin Sakarya əyalətində maraqlı hadisə baş verib. Sakaryanın Xəndək kəndinin sakinləri meşəyə göbələk yığmağa gediblər. Ancaq onlar gözlənilməz sürprizlə qarşılaşıblar.

Belə ki, kəndlilər göbələk yığarkən yerə tökülmüş 1 lirəlik qəpiklərlə rastlaşıblar. Qəpikləri vedrələrə dolduran kəndlilər əmanəti polisə təhvil veriblər. Kim və ya kimlər tərəfindən atıldığı bilinməyən pulların saxta olub-olmadığı yoxlanılır.

Please reload

ƏN ÇOX OXUNANLAR