PRESS NEWS AZERBAIJAN

"Radio zavod"da güclü partlayış - Əhmədli silkələndi VİDEO

07.02.2018

 Ötən gecə Bakıda güclü partlayış baş verib. Pressnews.az-in məlumatına görə, partlayış "Radioquraşdırma" zavodu ərazisində baş verib. Partlayış o qədər güclü olub ki, Xətai rayonun demək olar ki, bütün ərazisindən eşidilib. 

FHN-dən verilən məlumata görə, saat 19:17 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəsisissələrdən birinin ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 m2 olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Yanğın saat 20:08 dəqiqədə söndürülüb.  Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. 

 

Müdafiə Sənayesi Nazirliyi də“Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb. Naməlum səbəbdən yanğın “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində başlayıb.

Məlumat üçün bildirilir ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload