PRESS NEWS AZERBAIJAN

Şahzadə toyunu 2020-ci ilə qədər təxirə alıb

09.02.2018

 

Yaponiya şahzadısi Mako keçmiş tələbə yoldaşı Kay Komuro ilə toyunu təxirə salıb.

 

Pressnews xarici mediaya istinadla xəbər verir ki, yapon imperatoru Akihitonun nəvəsi evlənmək qərarının tələsik qəbul edildiyini bildirib. 

 

Yaponiya İmperator Sarayının məlumatında 2018-ci ilin noyabr ayına planlaşdırılan toyun 2020-ci ilə təxirə salındığı bildirilib. Səbəb kimi cütlüyün nikah barədə ətraflı düşünməsi lazım gəldiyi qeyd olunub. 

 

Qaydalara görə, Şahzadə Mako mənsubiyyətcə zadəgan olmayan gənclə evlənərsə, şahzadə titulundan məhrum olacaq. 

Please reload

ƏN ÇOX OXUNANLAR