PRESS NEWS AZERBAIJAN

"Ermənistanda siyasi bataqlıq daha dərindir" - Saakaşvili

09.02.2018

 

"Mən düşünürdüm ki, Ukraynada dərin siyasi bataqlıq var. Lakin etiraf etmək lazımdır ki, bu, Ermənistanda daha dərindir".

Bu barədə Gürcüstanın sabiq prezident, Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvili "Facebook" səhifəsində yazıb. Saakaşvili Ermənistandakı problemlərin qaydasına düşəcəyinə inanmaq istədiyini deyib.

Qeyd edək ki, Ermənistan paytaxtı İrəvanda Saakaşvilinin erməni dilinə tərcümə olunmuş “Gücün oyanışı” adlı kitabın təqdimat mərasimi keçirilməli idi. Əvvəlcə təqdimat mərasiminin Yeqiş Çarenç adına ev-muzeydə, daha sonra isə “Noyan Tapan” kitab mağazasında keçiriləsi gözlənilirdi. Lakin son anda təqdimat mərasimi təxirə salınıb.

Please reload

ƏN ÇOX OXUNANLAR