top of page

Azərbaycanda tanınmış idmançının evi qarət edildi


Bakıda məşhur xanım idmançının evi qarət olunub. Azərbaycanın peşəkar qadın taeкvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən, içərisində 67 min manata yaxın pul olan seyf oğurlanıb.

Bu haqda Sputnik Azərbaycan-a danışan idmançı xanım bildirib ki, hadisə sentyabr ayında baş verib: "Hadisə çoxdan olub. Mən mətbuatda yayılmasını istəmirdim. Qarət baş verən vaxtı mən rayonda olmuşam. Oğurluq hadisəsindən bir gün sonra polisə müraciət etdim. Oğrunun rəfiqəmin sevgilisi, Gəncə şəhər sakini Nicat İsrafilov olduğuna əmin olduğum üçün polisə müraciət etdim".

Nəhayət bir neçə gün sonra idmançının evindən, içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Nicat İsrafilov həbs edilib. Onu Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin əməkdaşları yaxalayıb.

Fəridə Əzizova bildirib ki, hazırda cinayəti törədən şəxs həbsxanadadır: "Amma polis məsələ ilə ciddi maraqlanmır. Pulum geri qaytarılmayıb. Oğru bildirib ki, tək olmayıb və puldan yalnız 20 min manat ona çatıb. Hələ də araşdırma gedir. Bizə isə gözləməkdən başqa heç nə qalmır".

bottom of page