PRESS NEWS AZERBAIJAN

İran inqilabının ildönümündə birliyə çağırış

13.02.2018

 

İran prezidenti Həsən Ruhani İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə çıxışında ölkədəki siyasi qüvvələri və xalqı birliyə çağırıb. “İnqilab baş verəndə kimlərisə inqilab qatarından kənarlaşdırmışıq, amma bunu etməməli idik. Bu gün onların yenidən qatara minməsinə imkan verməliyik”, o deyib. Ruhani paytaxt Tehranın mərkəzi meydanda nümayişçilər qarşısında çıxış edib. İzdihamlı kütləyə müraciət edən Ruhani inqilabın 40-cı ildönümünün birlik ili olmasına çağırıb:

“Mən mühafizəkarlardan, islahatçılardan, mötədil insanlardan, bütün partiyalardan və bütün vətəndaşlardan bir olmalarını istəyirəm. Ruhani qeyd edib ki, inqilabdan sonra ölkə bir çox sahələrdə irəli getsə də, qüsurlar da olub. “Ola bilsin qərarların qəbulu prosesində gecikmələrimiz olub, ola bilsin vətəndaşlarla açıq danışa bilməmişik”, o bildirib. Ruhani həmçinin ABŞ-ın bölgədə siyasətini “uğursuz” adlandırıb. Nümayişçilər isə Tehran küçələrində Amerika bayraqları və ABŞ prezidenti Donald Trampın şəkillərini yandırıb. Bu yaxınlarda İranda sosial tələblərlə başlayan etirazlar ölkə boyu hökumət əleyhinə kütləvi nümayişlərə çevrilmişdi. Həmin etiraz aksiyasından sonra ölkədə kütləvi həbslər başlayıb. Hazırda xeyli adam hələ də həbsdədir. Etiraz aksiyaları bir neçə həftədir ki, dayanıb.

 

Please reload

ƏN ÇOX OXUNANLAR