PRESS NEWS AZERBAIJAN

Kağız batareya

13.02.2018

 

 

 Alimlər kağız üzərində xüsusi bakteriyalar hesabına işləyən və qatlanan batareya hazırlayıblar. Batareyanın hazırlanması üçün dünyanın istənilən yerində əldə edilə bilən sadə elementlərdən istifadə olunub. Alimlər buna kağız üzərinə üstü mum qatı ilə örtülmüş gümüş nitratı çəkərək nail olublar.

Bakteriyalardan ibarət olan maye batareyanın digər tərəfində yerləşən keçirici polimerdən hazırlanmış kiçik anbara tökülür. Batareya qatlandıqda səthlərin təması zamanı yaranan bakteriyaların metabolizmi sayəsində aktivləşir. Batareyanın qüvvəsi isə təmasa girən qatların sayından asılıdır. İstehsalçıların sözlərinə görə, böyük qüvvəyə malik olmayan batareyalardan əldə olunan enerji diabet xəstələrinin qanında qlükozanın səviyyəsini ölçmək üçün nəzərdə tutulmuş biosensor aparatlardan və digər az enerji sərf edən tibbi cihazlardan istifadəni mümkün edir.

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload