PRESS NEWS AZERBAIJAN

Rusiyada təyyarə qəzası

13.02.2018

 

 

 

Rusiyada qəzaya uğramış "An-148" sərnişin təyyarəsinin "qara qutu"larından biri tapılıb. Bunu yerli fövqəladə hallar nazirliyinin Moskva vilayəti üzrə baş idarəsinin rəisi deyib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün olduğu təyyarə Moskvanın Domodedovo aeroportundan havaya qalxdıqdan iki dəqiqə sonra radarlardan itib. Təyyarə "6W 703" saylı reys ilə Moskvadan Orenburq vilayətinin Orsk şəhərinə uçub. Aktiv transponderlər vasitəsi ilə təyyarələrin yerdəyişməsini izləyən "FlightRadar24" xidmətinin məlumatına görə, təyyarə Bakı vaxtı ilə 15:26-da birdən-birə yüksəkliyi itirib. Qəza yerinə gələn ilk xilasedicilərin bildirdiyinə görə, təyyarənin hissələri bir-birindən təxminən bir kilometr məsafədə olub. Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, faktla bağlı cinayət işi açılıb.
 

Please reload

ƏN ÇOX OXUNANLAR