Siçan restoranı

İsveçrənin Malmö şəhərində siçanlar üçün nəzərdə tutulmuş miniatür mağaza və restoran açılıb. Miniatür restoranın girişində şüşəyə salınmış menyu və balaca velosiped var.
Restoranın hazırlıq prosesinin şəkillərini Anony Mouse adlı istifadəçi öz “İnstagram” səhifəsində paylaşıb. Miniatürün müəllifi restoranı açmaq səbəbinə aydınlıq gətirməyib, ancaq onu sosial şəbəkədən izləyənlərə daha çox belə “restoran” açacağına söz verib.