PRESS NEWS AZERBAIJAN

İsrail erməniləri peşman etdi

15.02.2018

 İsrail ermənilərin arzusunu bir daha ürəklərində qoydu. Pressnews.az-in məlumatına görə, ötə gün Knesset qondarma “erməni soyqırımı”nın  tanınması ilə bağlı qanun layihəsini rədd edib.

"Knesset “Yeş Atid" partiyasının sədri Yair Lapidin irəli sürdüyü  erməni soyqırımı  layihəsini rədd edib”, deyə "Jerusalem Post"un yaydığı xəbərdə bildirilir.

İsrailin xarici işlər nazirinin müavini Tsipi Xotoveli bəyan edib ki, məsələnin son dərəcə siyasi xarakter daşıdığını və diplomatik fəsadlara gətirib çıxaracağını nəzərə alaraq İsrail adıçəkilən məsələ ilə bağlı rəsmi mövqe tutmayacaq. 

  

 

Please reload