PRESS NEWS AZERBAIJAN

Təbəssümü korlayan ərzaqlar

19.02.2018

 Stomatoloqlar diş üçün zərərli olan ərzaqların siyahısını tərtib ediblər. Siyahının əvvəlində giləmeyvələr və turşuluğu çox olan içkilər yer alıb. Bu içkilər limon, giləmeyvə, qaragilə və itburnu meyvə çaylarıdır.

Mütəxəssislər belə şirə və içkiləri borucuq vasitəsilə içməyi məsləhət görürlər. Dişləri, həmçinin tez-tez qəlyanaltı etmək və şirniyyat yemək də sıradan çıxarır. Dişlər üçün xüsusi təhlükəli qidalar – dərman preparatları, məsələn, antiqistamin, ibuprofen, depressiya əleyhinə olan vasitələr, qan təzyiqi və digər bu kimi preparatlar da sayılır. Dişləri hovuzda olan xlorlu su da korlayır. Statistikaya görə, üzgüçülərin 66 faizi diş problemi ilə üz-üzə qalır.

Please reload

ƏN ÇOX OXUNANLAR