PRESS NEWS AZERBAIJAN

FHN yanğın yerinə susuz gəldi

09.03.2018

 

 Qəbələ rayonu Laza kənd məktəbində baş vermiş yanğın zamanı FHN işçilərinin yanğına sadəcə seyr etməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Pressnews.az xəbərinə görə, hadisənin videosunu Royad Farmanov adlı istifadəçi öz Facebook səhifəsində paylaşıb.

Görüntüləri lentə alan şəxs iddia edir ki, yanğınsöndürənlər hadisə yerinə susuz gəliblər.

Öz növbəsində videoya şərhlərdə bəzi istifadəçilər hadisəni yanğınsöndürən maşınlarının suyunun qurtarması, digərləri texniki nasazlıqla əlaqələndiriblər.

Please reload

ƏN ÇOX OXUNANLAR