top of page

Türkiyə təyyarəsi dağa çırpıldı - iş adamının qızı rəfiqələri ilə öldü FOTO


Bir ay sonra toyu olacaq gənc qız Dubaydakı subaylığa vida partisindən qayıdırmış

Türkiyə təyyarəsi İranda qəzaya uğradı. Pressnews.az-in məlumatına görə, təyyarə ölkənin ən tanınmış şirkətlərindən biri olan "Başaran" holdinqinə məxsus olub.

Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarə dağlıq əraziyə çırpılıb. Təyyarə 11 nəfər qadın olub. Onlardan 3-ü heyət üzvləri idi. Göyərtədilərin hamısı ölüb.

Türkiyə mətbuatının məlumatına görə, sərnişinlər arasında "Başaran Group"un vəliəhdi Mina Başaran da olub. Məlumata görə, onun aprel ayının 14-də toyu olmalı idi. Mina öz yaxın rəfiqələri ilə birlikdə Dubayda subaylığa vida partisi keçirməyə getmişdi. Təyyarədə olan digər sərnişinlər də gənc qızın rəfiqələri idi. Onların da arasında toy günü təyin edilənlər, hətta hamilə də olub.

bottom of page