“Türkiyə 3 milyondan çox suriyalı qaçqına ev sahibliyi edir. Lakin dünya bu böhranı aradan qaldıra bilmir".
Pressnews.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bu gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində bəyan edib. Baş nazir bildirib ki, ikili standartlara son qoyulmalıdır: “Dağlıq Qarabağ da Azərbaycanın qanayan yarasıdır. Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan çox insanı qaçqın və məcburi düşüb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, münaqişə hələ də həllini tapmayıb. İnanıram ki, gec-tez haqq yerini tapacaq, yanlışlığa yol verənlər cavablarını alacaqlar”.O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantılarından birinə Türkiyənin ev sahibliyi etmək istədiyini bildirib.