HEYDƏR ƏLİYEVDƏN MÖHTƏRƏM PREZİDENTİMİZ CƏNAB İLHAM ƏLİYEVƏ MURACİYYƏT :

HEYDƏR ƏLİYEVDƏN MÖHTƏRƏM PREZİDENTİMİZ CƏNAB İLHAM ƏLİYEVƏ MURACİYYƏT :
Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev!

Biz xarici dövlətlərdə yaşayan və tələbə aspirant kimi təhsil alan gənclər, sizin xalqımız qarşısında çıxışınızı və biz gələcək nəsilə qiymətli tövsiyyələrinizi diqqətlə dinləyirik. Sizə, ailəmiz üçün cox əhəmiyyəli olan, eyni zamanda böyük narahatçılıq törədən bir vacib məsələ ilə bağlı müraciət etməyə məcbur olmuşuq.
Biz xaricdə təhsil alan tələbələr, Sizin çıxışlarınızdakı məsləhətləri qəbul edir və bir örnək olaraq ona əməl edirik. Çıxışınızda göstərmisiniz ki, dövlətimizdə, gündəlik işinizdə məmur özbaşnılığı bağlı neqativ hallar bərədə mənə məlumat verin. Yazın, email-ə, yazılı məktub göndərin, məndən tələb edin. Mən öz tərəfimdən tədbir görərəm.

Biz, xarici dövlətdə təhsil alan tələbələr - üç qardaş: mən Heydər Əliyev, qardaşlarım Cavanşir Əliyev və Ağalar Əliyev bu müraciətimizi yazılı şəkildə göndərməklə,Sizinlə görüşmək xahişimizin oduğunu bildirmək istəyirik.
Görüşməyimizin yeganə səbəbi bundan ibarətdir ki, atamız Məmməd Əliyev siz tərəfdən imzalanmış 3-cü zəmanət məktubu ilə Dövlət Neft Şirkətindən bir başa Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mərkəzi aparatına, müstəsna hall kimi, 36 yaşında, şöbə prokuroru təyin edilmişdir.
Lakin bir müddət sonra, onun Azərbaycan prokurorluğunda indiyənə kimi qüsursuz, korrupsiyadan, rüşvətdən uzaq, Heydər Əliyev irsinə və Sizə daima sadiq bir prokuror kimi işləməsini nəzərə almadan, Baş Prokurorluğunun rəhbərliyi tərəfindən qısqanclığın qurbanı olaraq, təhtid, təqib, təzyiqlərə məruz qalıb, heç bir səbəb göstərilmədən Bakı şəhər prokurorluğuna şöbə prokuroru, yəni aşağı vəzifəyə təyin edilərək, 300 azn maaşı keçirilmişdir..
Bununla da ona ilk psixoloji zərbə vurumuşdur. Həttda məzuniyyətdə olduğu müddətdə rəhbərlik çaşqınlıq içində qalıb ona əsassız töhmət verilmişdir. Hansıki, bir ay öncə PA İdarə rəisi Şahin Əliyevə təqdim etdiyi sübutlar əsasında Atestasiya komisiyası önə çəkilərək Sizin sərəncamınızla Prokurorluğun Tədris mərkəzində qeyri qanuni paralel fəaliyyət göstərən imtahan komisiyasının ləğv olunmasıdır.
Cənab Prezident ! Azərbaycan gəncliyinə nümunə olan qardaşlarımla birgə 11 aprel prezident seçkiləri ərəfəsində istər İsraildə, istər Kanadada, istər Fransada, istər Moskvada olarkən yalnız Heydər Əliyev irsinin təbliği ilə məşğuluq. Qarşıdan gələn prezident seçkiləri ərəfəsində də bütün xaricdə yaşayan azərbaycanlı tələbələrin, bir könüllü təbliğatçınız kimi,
11-i tarixində, Cənab Prezident ,Sizə səs verməyə hazırlaşırıq.
Biz öz prezidentimizi artıq seçmişik. O Ulu Öndırin varisi İlham Əliyevdir!!!
Məmməd Əliyev kimdir? 1972-ci ildə Azərbaycan Respublikasının partiya komitəsinin birinci katibi olmuş Heydər Əliyev - Ulu Öndərimiz Xanbulançay dəryaçəsində görüşündən çayka maşını ilə qayıdarkən, o maşını saxlatdıraraq, yol kənarında düzülmüş onu qarşılamağa gəlmiş şagirdlər, tələbələrlə görüşmək qərarına gəlir. Onun ilk görüşdüyü şagird, atam Məmməd Əliyev olur. Bu sevindirici anda, 8 yaşlı atam Məmməd Əliyevə Ulu Öndərimiz Heydər Əliyevə həmişə yaşıl dəfinə ağacının yaşıl budaqını verməklə salamlaşmışdır.
Heydər Əliyev soruşmuşdur: Sənin adın nədir? “Mamed” deyə atam cavab verərkən, cavabında Ulu Öndər ona “yox sənin adın Məhəmməddir” deyib! İlk dəfə məhz onda, Ulu Öndər, 72-ci ildə atamın başına sığal çəkib, atama xeyir-dua vermiş, ayrılmışdır.
Məmməd Əliyev kimdir? Məmməd Əliyev Memarlıq və İnşaat Mühəndislər İnstitutunu bitirmiş ali təhsilli mühəndis. Sonra Rusiya dövlətində ali hüquq təhsili almış, Sizin Zəmanət məktubunuzla prokuror təyin olunmuş, eyni zamanda 1992 ci ilin sonu, 1993-cü ilin əvvəlində Respublika ziyalılar tərəfindən Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı Naxçıvanda yaşayan Ulu Öndərimiz Heydər Əliyevə olunan müraciətin, sadiqliyin davamı olaraq və YAP-ın təşkilatlanmasındakı xidmətləri nəzərə alınaraq Bakı kinoteatrında keçirilən ilk konfransında Xətai rayon təşkilatının ilk təftiş komissiyasının sədri seçimişdir. O vaxt Xətai rayon Yeni Azərbaycan Partiyasını tanınmş şəxsləri: Ziya Bünyadov, Murtuz Ələsgərov, Fərəməz Məqsudov, İbrahim Mehdiyev, Vüqar Rəhimzadə, Akif Qəmbərov, Kərim Ağayev,Turan Əliyev, Ramiz Mirzəyev və o dövürdə Xətai rayon Kommunist Partiya Komitəsinin 1-ci katibi işləmiş Rafiq Qasımov iştirak etmişlər. Rafiq Qasımov təşkilatın ilk sədri seçilmiçdir. Həmin dövr çox təlatümlü idi. Üzdəniraq hakimiyyətin güc strukturları tez-tez bizə hədə-qorxu gəlir, fəaliyyətimizi dayandırmaqı tələb edirdilər. Bunlara baxmayaraq, çətinliklədə olsa biz konfransımızı keçirdik və onu müvəffəqiyyətlə başa çatdıra bildik.
Atam Məmməd Əliyev bizə danışırdı ki, biz Hacibaba Bağırovun tənqid-təbliğ teatrında, Xətai rayonunda Qaz və Qazın nəqli İdarəsində, İbrahim Mehdiyevin rəhbərlik etdiyi Protez-Ortopediya İnstitutunda tədbirlərimizi keçirirdik. Bütün bunlar sözsüz ki, böyük risklər hesabına başa gəlirdi.
Mən 1993-cü ilin fevral ayında dünyaya gəlmişəm. Bu o dövr idi ki, hələ Ulu Öndərimiz hakimiyyətə gəlməzdən öncə, o dövrün vətəpərvər gənclərə xüsusi ehtiyacı olan bir zamanda atam böyük oğluna, mənə doğma atasının deyil, məhz Ulu Öndərimiz Heydər Əliyevin adını qoymuşdur. Bu həmin o dövrdü ki, Ulu Öndərimiz öz çıxışlarında deyirdi ki, “mənim Bakıda evim yoxdur, mən qardaşımın evində qalıram”. Bu o dövrdü ki, böyük ziyalımız Əjdər Xanbabayev qətlə yetiridi, bu o dövrdü ki,həmin ilin sentyabr ayında Afiyyəddin Cəlilov, Şəmsi Rəhimov evinin qarşısında güllələndilər. O dövrü xatırlayaraq, atam həmişə deyir:“mən dövlət qarşısında, Heydər Əliyev və onun ruhu qarşısında bu gün ən müqəddəs işlərimdən birincisini yerinə yetimişəm. Həmişə deyir mənim ünvanımda Ulu Öndərin hakimiyyətə gəlməzdən öncə, o adı şərəflə daşıyan oğlum Heydər Əliyev böyüyür.”

Cənab Prezident, mən həmin Ulu Öndərin adını daşıyan Heydər Əliyevəm.
Moskva Dövlət Universitetinin hüquq fakultəsinin bakalavr, magistr pilləsini bitirmişəm. Hazırda Moskva Dövlət Sosial Münasibətlər Akademiyasında Dünya İqtisadiyyatı üzrə və eyni zamanda Moskva Dövlət Humanitar Universitetində Beynəlxalq Hüquq ixtisası uzrə aspirant kimi əyani təhsil alıram. Qardaşım Cavanşir Əliyev Sizin təhsil aldığınız, dərs tədris etdiyiniz, Moskva Dövlət Beynəlxalq Münasibətlər institutunun Beynəlxalq Hüquq və Avropa Birliyi Kafedrasının əyani aspirantidir. MGİMO-nun magistr pilləsini əlaçı diplomla bitirib, hal-hazırda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda dünyanın 67 dövlətindən təhsil alan gənclərə Benəlxalq Hüquq ixtisasından dərs tədris edir.
Sizin addımladığınız koridorlarda addımlayır. Cənab Prezidentimiz, Sizin, dərs tədris etdiyiniz auditoriyalara dərs tədris edir və bunu fərəhlə deyir, qürur hissi keçirir.
Bu gün üçüncü qardaşım Ağalar Əliyev hazırda dünyada tanınmış Moskva Dövlət Beynəlxalq Xalqlar Dostluğu Universitetinin Beynəlxalq hüquq fakultəsinin sonuncu kurs əyani tələbəsidir. Sizə bu müraciəti göndərməkdə əsas məqsədimiz: Qeyd etdiyim kimi, atam Məmməd Əliyev 18 ildir Sizin imzaladığınız Zəmanət məktublarınız ilə prokurorluqda işləyir. Biz üç qardaşların xarici dövlətdə əyani təhsili ilə bağlı, daim maddi cəhətdən sıxıntı içində oxuyruq. Bununla belə biz cəkinmədən, yaşadığimiz Rusiya dovlətində maddi ehtiyaclarımızı ödəmək üçün supermarketlərdə və s. yerlərdə əmək fəaliyyəti ilə də məşğul oluruq ki, atamız yaşasın! Atamız Məmməd Əliyevin aylıq məvacibi 900 AZN dir. Prokuror İşlədiyi 18 ildə, 22 dəfə rəsmi olaraq Ölkənin Baş prokuroru cənab Zakir Qaralova müraciət etməsinə baxmayaraq, onun qəbuluna düşə bilməmişdir. Mənim Sizdən xahişim odur ki, imkan tapıb, bizi, 3 qardaşı və atamızla birlikdə qəbul edəsiz...
Burada yazıb, deyilməsi mümkün olmayan çox vacib məsələlər var ki, Heydər Əliyev irsinə sadiq olan gənclər kimi, Sizinlə görüşüb bir çox məsələlərdən məlumat vermək istərdik. Çünki bu stresləri çəkən atam Məmməd Əliyev,18 il ərzində ,12 dəfə ciddi əməliyyata məruz qalmışdır. Əgər siz hörmətli Səhiyyə Naziri Oqtay Şirəliyevə göstəriş versəniz,o yəqin ki, Sizə mənim atamın dəfələrlə ölümdən qayıtmasını sübut edən cərrahiyyə olunma sənədlərini təqdim edər.
Biz onun oğulları bu böyük dəhşətlə dözə bilmirik. Bu sıxıntılar prokurorluqda işlədiyi dövrün təhtidlərin nəticəsidir. Ona görə də ən böyük xahişimiz budur ki, bizi qəbul edəsiz.
Bunuda əlavə edib bildirmək istəyirəm ki, 4 il bundan öncə mən Moskva Dövlət Universitetini bitirəndən sonra Azərbaycanda qalmaq istədim.
Şəxsi işimiz müəyyən yoxlamaları keçəndən gedəndən sonra Prezident aparatında Qafar Əliyev tərəfindən atama məlumat verilmişdi ki, biz sizə cavab verəcəyik. O cavabında nəticəsi belə olmuşdur. Yəni orada Natiq Əliyev adlı bir işçi mənim atam Məmməd Əliyevə mobil telefonuna zəng edib, bildirmişdir ki, Ulu Öndərin adını daşıyan oğlunuz Heydər Əliyevin bugünkü gündə Prezident Aparatında hər hansı bir işlə təmin olunması imkan xaricindədir. Atam səbəbini soruşanda bildirmişdir ki, Prezident Aparatında maliyyə çətinliyi ilə bağlıdır. Ona görə 4 ildə bu məsələ cavabsız qalmışdır.
Bu gündə şəxsi işim PA da Qafar Əliyevdədir. Qeyd etmək istərdim ki, hörmət etdiyim Qafar Əliyev atam Məmməd Əliyevi çox yaxşı xatırlayır.
Atam söyləyir 1993-cü ilin iyun ayı idi. O vaxt Yeni Azərbaycan Partiyasının Qərargahı Cavid bağının yanında yerləşirdi. Atam 1993-ci il fevral ayının 24-də Ulu Öndərimizin şərəfinə adımı Heydər qoyaraq, "SƏS" qəzetində “Hər iki Heydər 100 yaşasın” adlı məqaləsini Öndərimizin 70 illiyinə çap etdirmişdir (Səs qəzeti 12 may 1993 cü il.24 (107)). Qəzetləri götürmək üçün Bakı Dövlət Universitetinin yanında yerləşən Kibernetika İnsititutunun 4 cü mərtəbəsində yerləşən "Səs" qəzetinin redaksiyasına gedir baş redaktor Ağabəy Əsgərovun müavini Səyyad Aranla görüşür. O, məqalə dərc olunan qəzetləri, atamın mütəmadi olduğu YAP qərərgahından götürməyi məsləhət görür. Atam qərərgahda hörmətli Əli Nağıyev, köməkçiniz Əli Həsənov və Qafar Əliyevlə görüşür. (Atam onu da qeyd edirdi ki, mən o qərargaha girəndə 30-40 sm ayağım ele bil quyuya düşürdü. YAP-ın qərərgahının döşəməsi küçə ilə bir bərabərlikdə deyildi.
Giriş qapısının ortasında sarımtıl rəngdə kiçik jurnal masasının üstündən qəzetlərin toplusunu götürüb, adlarını çəkdiyi insanlarla görüşüb ayrılandan sonra,1993-cü ilin iyun ayının 9-u olub. Qərərgahın qarşısında atamı boz rəngdə bir "mercedes" markalı avtomobil qarşısını kəsir. İsti havada qalın buşlat geyinmiş o vaxtın üzdəniraq hakimiyyətinin qoçuları yumruq gücü ilə atamı maşının içinə salmışdılar. Sonra onlar, Zooparkın yanındakı yanacaq doldurma məntəqəsindən yanacaq götürüb, orada uzun müddət fəaliyyət göstərmiş “Tural” restoranın həyətində atamı maşının damından bayıra ataraq, oradakı dəmir barmaqlıqlar olan qəfəsə salmışlar. "Səs" qəzetini yeməyi ona məcbur etmişlər. Bu azmış kimi maşının baqaj hissəsindən Hərbi paltara bükülmüş vəhşi canavarı çıxarmış dəmir qəfəsdə atamın üzərinə atmışlar ki, vəhşi canavar atamın həyatına son qoysun. Əsas səbəb Heydər Əliyevi təbliğ etməmək, Ona qarşı təkzib vermək, bu addan imtina etmək olub. Atam öz əqidəsindən dönməmiş, şərəfli bir tarix yazmışdır.
Uzun illər oncə atam bu haqqda PA-da Qafar Əliyevə məlumat vermişdir. Cənab Prezidentimiz o ağır və təhlükəli illərdə üzdəniraq hakimiyyətin qoçuları atamı qətlə yetirə bilməyiblər!Amma bu gün Respublika Prokurorluğunun rəhbərliyi atam Məmməd Əliyevə psixolji terora məruz qoyub oldürmək istəyirlər. Biz onun oğulları bu böyük dəhşətə dözə bilmirik. Ona görə də təkrar xahişimiz budur ki, bizi qəbul edəsiz.
İndi atam hal-hazırda Bakı şəhər prokurorluğunda Respublika Prokurorluğunun rəhbərliyi tərəfindən çox böyük sıxıntı içindədir.
Ona Baş prokurorluqun rəhbərliyi tərəfindən olan qeyri səmimi münasibət sərhəd tanımır. Sadəcə atam deyir ki, 18 ildir mən prokuror vəzifəsində işləyirəm, bir gün də olsun prokurorluğun fəaliyyət istiqamətləri ilə məşğul olmamışam. Mən səhər gedib kabinetdə otururam, ordan da çıxıb evə gedirəm. Bu 18 ildə mən bir dəfə də olsun prokurorluğa aid hər hansı bir tapşırıq yerinə yetirməmişəm. Hətta atam deyir ki, 2007-ci ildə,mənə verilən bu rütbədən 11 il keçməsinə baxmayaraq, növbəti rütbəmin verilməsindən ötrü Baş Prokuror Zakir Qaralova, Kadrlar idarəsinin rəisi Nazim Rəcəbova dəfələrlə rəsmi müraciət etsəmdə nəticəsi olmamışdır. Atamın bu müraciətlərinə biganəlik bizi oğulları məcbur elədi ki, Sizə müraciət edək.
Bu əlamətdar bir dövrdə Sizdən kömək istəyək.
Mən çox arzu edərdim ki, bizim Sizinlə görüşümüz baş tutsun.
Əgər bu müraciətimizdən sonra, ölkənin Baş Prokuroru atamı dəvət edib, onunlanarahatçılıq törədən hallar barədə söhbət etməyəcəksə, onun 22 dəfə etdiyi müraciətdən sonra bir dəfə də olsun onu qəbul etmədiyini nəzərə almayacaqsa, hazırladığımız video müraciəti yayımlamaq məcburiyyətində qalacayıq!
Yeri gəlmışkən onu da nəzərinizə catdırırıq ki, biz üç qardaş Azərbaycana gələ bilmirik. Atamın 20 ilə yaxın bu çıxılmaz şəraitdə işləməsinin nəticəsidir ki, bizim normal yaşayış şəraitimiz yoxdur. Bu gün Bakı-Şamaxı yolunun 25-ci km-də, bir ünvanda yaşayırıq. Bu ünvanımızdan başqa Bakı şəhərində heçnəyimiz yoxdur. Ailəvi qeyiyyatımızda Abşeron rayon Polis İdarəsindədir. Yaşadığımız evin üstündə 240 minlik yüksək gərginlikli iki elektrik xətti keçir. Ora gələndə şüalanırıq. Bildirmək istərdik ki, qonşularımızdan o şüadan dünyasını dəyişənlər də var. Xanımlar, qadınlarımızın süd vəzi xərçəngindən dünyasını dəyişənlər var. Mən dönə-dönə xahiş edirəm bizim bu müraciətimizi də nəzərə alın. Üstümüzdə olan 240 min voltluq ölüm kabusunun götürülməsində Etibar Piriverdiyevə bununla bağlı ona dəfələrlə müraciət etsək də, o bu məsələdə heç kimi tanımadığını bildirmişdir.
Bunlar həqiqərdir cənab Prezident !
Bununla da, biz, xaricdə yaşayan tələbələr artıq Sizdən video müraciətlə kömək istəmək məcburiyyətində olacayiq. Mən elə başa düşürəm ki, biz qardaşların bu çıxışları, Azərbaycan Prokurorluğu tərəfindən öz nəticəsini verər. Nəhayət ki, atamı rüşvətdən, korrupsiyadan uzaq bir insan kimi Baş Prokuroluğun özündə, aylıq məvacibi yüksək olan idarələrin birinə laiq olduğu vəzifəyə irəli çəkiləcək.18 illik ona qarşı olan biganəliyə son qoyulacaq!
Möhtərəm Prezident, biz Məmməd Əliyevin oğulları, bütün onu sevən xalqımızın bir çox ziyalı təbəqəsi Sizi əmin edirki, bu gün Siz Məmməd Əliyevə, Respublikamızın güc strukturlarından hər hansı birini etibar etsəniz o, idarə etmək və xalqına xidmət etmək qabiliyyətindədir. Müxtəlif vasitələrlə atamızın bu qədər sadiqliyini, dövlətçilikdə bu qədər xidmətlərini, Ulu Öndərin qurduğu dövlətlə bağlı az qala həyatını itirəcəyi təqdirdə bu gün o psixoloji terrora məruz qalıb, tərcümeyi-halını ləkələmək istəyənlərdə tapılır!!! Biri savadsız demək istəyir, biri bacarıqsız demək istəyir. Savadsız adamın üç oğlu Moskvada ali hüquq təhsili ala bilərmi? Bacarıqsız insan cənab Prezidentimizdən üç dəfə Zəmanət məktubu ala bilərmi? 18 il rüşvətə karrupsiyaya yox deyə bilərmi? Azərbaycan Yazıçılar Birliyinin üzvü olarmı ? Hüquq sahəsində namizədlik disertasiyasını bitirə bilərmi ? Xalqınn, millətinin bu qədər hörmətini qazana bilərmi? Bax bu suallar açıq qalıb, cənab Prezident.
Xahiş edirik, atamla bağlı bizi qəbul edin və dinləyin. Baxın görün bu sadiqlik nə qədər ucadır, nə qədər şərəflidir. Biz bu şərəfli missiyaya, bu şərəfli, əlçatmaz zirvəyə nail olmaq istəyirik. Sizinlə görüşmək istəyirik. Dərdimizi bölüşmək istəyirik. Sizdən kömək istəyirik.
Heydər Əliyev, Cavanşir Əliyev və Ağalar Əliyev qardaşları 27 mart 2018-ci il


