PRESS NEWS AZERBAIJAN

"Münaqişənin təməlində aqressiv separatizm dayanır"

05.04.2018

 

"Azərbaycan Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştiraka xüsusi önəm verir. Bu forumda qlobal və regional təhlükəsizliyin əsas problemlərinə nəzər yetirilir, real və yenidən yaranmış təhlükə və risklərin aradan qaldırılması istiqamətləri və yolları müəyyən edilir, təcrübə mübadiləsi aparılır və digər mühüm məsələlər müzakirə olunur".

Pressnews.az apa-ya istinadən xəbər verir ki, bunu VII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib. "Coğrafi cəhətdən Azərbaycan bir tərəfdən beynəlxalq terrorçu təşkilatlarla silahlı mübarizə ocaqlarına bilavasitə yaxın yerləşir, digər tərəfdən isə 30 ildən çoxdur Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub. Bu münaqişənin təməlində aqressiv separatizm dayanır. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki mövcud real vəziyyət barədə məlumatların konfransın iştirakçılarına çatdırılması və müxtəlif məsələlərlə bağlı həmkarlarımızla fikir mübadiləsi imkanının olması baxımından Azərbaycanın bu beynəlxalq konfransda iştirakını vacib hesab edirik", - deyə nazir müavini qeyd edib.

Please reload

ƏN ÇOX OXUNANLAR